çərşənbə axşamı 8 aprel 2025 - 22:49
Nüvə texnologiyası, iman və elmi cihad sayəsində İran xalqının tərəqqisinin rəmzidir

Hövzə / Höccətül-İslam Bəsirəti dedi: Nüvə texnologiyası, iman və elmi səylər sayəsində İran xalqının tərəqqisinin rəmzidir

Höccətül-İslam lislam Mehdi Bəsirəti: Nüvə texnologiyası İran xalqının izzəti, inkişafı və iradəsinin təzahürüdür
Kaşan şəhərinin İslam Təbliğatı İdarəsinin rəisi Höccətül-İslam Mehdi Bəsirəti, Hövzə xəbər agentliyinə verdiyi müsahibədə Milli Nüvə Texnologiyası Gününü yad edərək bu günü İran xalqının izzəti, inkişafı və iradəsinin bir simvolu kimi qiymətləndirib. O bildirib ki, 20 Fərvərdin (8 aprel) elmi cihadın və milli özünəinamın ən önəmli təzahürlərindən birini xatırladır. Bu vətənin mömin və inqilabçı gəncləri daxili potensiala arxalanaraq və iman sayəsində nüvə texnologiyası kimi mürəkkəb və strateji bir sahədə şərəfli nailiyyətlərə imza atıblar.

Bəsirəti vurğulayıb ki, İranın nüvə sahəsindəki inkişafı elmin, imanın və mübarizənin birləşməsinin nəticəsidir. O, əlavə edib ki, İslam İnqilabının düşmənləri İranı heç bir sahədə dayandıra bilməzlər, çünki cihad ruhiyyəsi və ilahi vədlərə olan sarsılmaz inam, İran xalqının bütün maneələri aşmasının sirri olub və olmağa davam edəcək.

Höccətül-İslam Bəsirəti daha sonra bildirib ki, İran İslam Respublikasının nüvə sahəsindəki gücü, şəhidlərin qanı və bu torpağın mömin alimlərinin illərlə davam edən zəhmətinin bəhrəsidir və bu nailiyyət nə danışıqlar mövzusu ola, nə də alqı-satqı obyektinə çevrilə bilər. Bu texnoloji uğurlar milli qüdrətimizin əsas komponentlərindən hesab olunur və onların qorunması və inkişaf etdirilməsi ümumi bir vəzifədir.

O, şəhid Dr. Məcidi Şəhriyari, şəhid Mustafa Əhmədi Rövşən, şəhid Möhsün Fəxrizadə və digər nüvə sənayesi şəhidlərinin xatirəsini ehtiramla anaraq deyib: Bu şəhidlərin pak qanı yalnız elmi inkişaf yolunu İslam İranı üçün açmadı, həm də göstərdi ki, düşmən bizim elmi gücümüzdən qorxur və onu dayandırmaq üçün heç bir xainlikdən çəkinmir.

O, sonda  vurğulayıb ki: Bu gün, hər zamankından daha çox cihad ruhiyyəsinə, mədəni qurumların həmrəyliyinə və inqilabın elmi sahələrdəki nailiyyətlərinin yenidən nəzərdən keçirilməsinə ehtiyacımız var ki, həm sahib olduqlarımızın qədrini bilək, həm də İslamın yeni sivilizasiyası üçün daha parlaq üfüqlər çəkək.

Mətnin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha